Əsas səhifə Xəbərlər Xarici xəbərlər “IKEA” Dubayda maraqlı endirim aksiyası təşkil edib

“IKEA” Dubayda maraqlı endirim aksiyası təşkil edib

32
Paylaş

Mebel riteyleri “IKEA” Dubayda Buy With Your Time endirim aksiyası həyata keçirir – alıcılar mağazaya qədərki yola sərf olunan vaxta görə endirim əldə edə biləcəklər. Bu barədə Engadget şirkətə istinadən xəbər verir.

Endirim qazanmaq üçün alıcılar Google Maps Timeline tətbiqində sərf etdikləri vaxtı və öz marşrutlarını mağaza əməkdaşlarına göstərməlidirlər.

Bir saata görə 28 dollar endirim düşür. “IKEA”nın Dubaydakı qiymətlərini nəzərə alanda, 49 dəqiqəlik yola görə pulsuz Lack qəhvə masası, 1 saat 55 dəqiqə üçünsə Billy kitab dolabı əldə etmək mümkündür.

Şirkət digər ölkələrdə də belə aksiyalar keçirmək planının olub-olmaması barədə məlumat verməyib.