“Kölgə iqtisadiyyatı” ilə birgə mübarizə sahibkarların inkişafına yol açacaq

Date:

Paylaş:

“Azərbaycanda zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Bu gün bu sahədə idxal, yerli istehsal və ixrac əməliyyatlarımızın potensialının yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə biləcək halda deyilik. “Kölgə iqtisadiyyatı” ilə mübarizəni vahid komanda şəklində aparsaq, qanuni fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq bu sahədə vəziyyət ürək açan deyil. Bu sahədə yüksək vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə zərgərlik sahəsini tənzimləmək mümkün deyil. Zərgərlik sahəsini tənzimləməyin yolu gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şərait yaratmaqdadır. Dövlət və özəl sektor birgə tədbir görməzsə bu sahədə verginin azaldılmasından və artırılmasından asılı olmayaraq bazarın inkişafı mümkün deyil. Qanunvericilikdə olan problemləri bilirik. Bu gün idxal əməliyyatları üzrə vergi və rüsümların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir”, – deyə o, qeyd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...