İctimai işlərə cəlb olunanların əməkhaqları açıqlanıb-VİDEO

Date:

Paylaş:

İctimai işlərin təşkili məqsədilə 30 min şəxsin əməkhaqqının ödənilməsi üçün ayrılan vəsait 80 milyon manatdır.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST agentliyinin DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOSTu” proqramının icrasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu gün artıq 16 min nəfərlə müqavilə imzalanıb:

“İctimai işlərə cəlb olunan işçilərin əməkhaqqı fondu hər biri üçün 203 manatdır. Bu əməkhaqqı fonduna sosial sığorta haqları, işsizlikdən sığortalanma, pensiya fonduna ödəmələr və eyni zamanda, yarım gün işləmək daxildir.

Hal-hazırda müqavilə imzalanan şəxslərdən üç minə yaxını Bakı şəhərini əhatə edir. Gələcəkdə proqramın tam əhatə olunacağı təqdirdə 5-6 min işçinin Bakı şəhərini, qalanının isə regionları əhatə edəcəyini düşünürük”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...