Əsas səhifə Xəbərlər Venesuelaya qarşı sanksiyalar fonunda neft bahalaşıb

Venesuelaya qarşı sanksiyalar fonunda neft bahalaşıb

220
Paylaş

Yanvarın 30-u səhər saatlarından etibarən dünya bazarlarında etalon neft markalarının bahalaşması müşahidə olunur. İnvestoralar Venesuelaya qarşı sanskiyaların bazara potensial təsirlərini qiymətləndirirlər. Eyni zamanda, ABŞ və Çin arasında aparılan ticarət danışıqları daima diqqət mərkəzində saxlanılır.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata əsasən, Londonun ICE Futures birjasında “Brent” markalı neftin mart ayı üzrə fyuçers (tədarük) qiyməti 0,52%, yəni 0,32 dollar bahalaşaraq, 61,64 dollara yüksəlib.

Nyu-York birjasının elektron sessiyasında isə WTI markalı neftin marta olan tədarük qiyməti isə 0,19 dollar qalxıb və hazırda 53.50 dollar təşkil edir.