Mərhum amerikalı reper Tupak Şakurun güllələndiyi avtomobil ABŞ-ın Las-Veqas şəhərində 1,6 milyon dollara satışa çıxarılıb.
Bu barədə “Mirror” nəşri məlumat verib.
Qeyed edək ki, əfsanəvi hip-hop ifaçısının 24 il əvvəl öldürülməsindən sonra 1996-cı ilin istehsalı olan VII seriya “BMW” markalı avtomobil tam bərpa edilib. Nəqliyyat vasitəsinin qara dəri salonu var və orijinal 5,4 litr həcmli mühərriklə, beşpilləli avtomatik sürət qutusu ilə təchiz olunub.
Satışı həyata keçirən şirkət avtomobilin kimə məxsus olmasının doğruluğunu göstərmək üçün sertifikat da təqdim etməyə hazırdır.
Nəşrin yazdığına görə, avtomobil Tupakın ölümündən sonra hərracda satılıb və bir neçə kolleksionerin əlinə düşüb.