Bakıya fantastik qiymətə avtomobil gətirilib

Date:

Paylaş:

2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.

Təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil “Silk Way” aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.

Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.

Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyada ən sürətli hiper-avtomobil hesab olunur.

Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti  420 km/s-dır. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.

“Bugatti” şirkətinin indiyə qədər “Chiron” modelindən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...