Əsas səhifə Biznes sahələri Avtomobil Hyundai Venue konveyer həyatına rekordla start verib

Hyundai Venue konveyer həyatına rekordla start verib

166
Paylaş

Bir müddət bundan öncə Nyu Yorkda debüt etmiş Venue modeli artıq konveyerdən çıxmağa başlayıb. Bu gün əmtəə avtomobilləri Hindistanın Çennay şəhərinin Sriperumbudur qəsəbəsindəki zavodu tərk ediblər. Hindistanda yeni krossoverə sifarişlər artıq 2 may tarixindən qəbul edilir. Lakin, bir çox dilərlər sifarişləri modelin debütündən dərhal sonra qəbul etməyə başlayıblar.

 

İlk sürpriz də elə həmin zaman baş verib – gün ərzində qəbul edilən sifarişlərin sayı iki mini keçib. Bu Hindistan bazarı üçün yeni rekordur. 10 minlik sifarişin bu günlərdə baş tutacağı gözlənilir. Maraqlıdır ki, 21 min rupi beh verən sifarişçilər avtomoilin təchizatı barədə heç bir məlumata malik deyildirlər. Avtomobil haqqında ətraflı məlumat yalnız 21 may tarixində veriləcəkdir.

Hyundai Venue modelinin Hindistanda dörd təchizat səviyyəsində və yeddi kuzov rəngi ilə təklif ediləcəyi bildirilir. Krossoverin mühərrik çeşidinə üç aqreqat daxil edilib: 120 at qüvvəli 1,0-litrlik üçsilindrli turbomühərrik, 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki və 90 at qüvvəli 1,4-litrlik turbodizel. Bütün aqreqatlar mexaniki qutu ilə təchiz edilirlər, yalnız 120 at qüvvəli mühərriki yeddi pilləli iki muftalı “robot” ilə sifariş etmək olar. Ötürmə yalnız öndən çəkişdir.

Hyundai Venue modelinin Azərbaycandakı perspektivləri barədə heç bir məlumat yoxdur.