“Huawei” yeni texnologiyaların tədqiqatlarına rekord məbləğdə vəsait ayıracaq

Date:

Paylaş:

İrimiqyaslı karantin qərarı veriləndən sonra Çinin böyük şirkətləri öz işlərini dayandırmalı oldular. Bu isə hətta Huawei kimi böyük şirkətlərə də təsirsiz ötüşmədi və bu cür şirkətlər öz maliyyə proqnozlarına yenidən nəzər salmalı oldular. Müəyyən müddətli fasilədən sonra Huawei şirkətinin yaradıcısı Ren Zhengfei müsbət xəbərlər verib. Bu barədə The Wall Street Journal saytı xəbər verib. İrimiqyaslı karantinə baxmayaraq Çin hökuməti artıq 3 fevral tarixində Huawei şirkətinə öz əməkdaşlarının bir hissəsinin işə buraxılmasına icazə vermişdi. Söhbət, şirkətin aparıcı istiqamətlərində fəaliyyət göstərən işçilərdən gedir.

Uzunmüddətli fasilə nəticəsində şirkət öz maliyyə göstəricilərinin aşağı salınması qərarını verdi. Ren Zhengfei-nin sözlərinə əsasən o, gələn ay üçün müsbət proqnozlar verməyə hazır deyil. Ren Zhengfei qeyd edib ki, Çindən kənarda smartfon satışları aşağı düşürlər. Lakin bu, Çin daxilindəki yüksək tələbat vasitəsilə kompensasiya olunur. Ortalama 1 ay ərzində Çində 22 milyon ədəd smartfon satılırdı. Bu isə keçən ilki lokal bazar göstəricisini geridə qoyub. Huawei şirkətinin yaradıcısı öz bəyanatlarını çox ehtiyyatla təqdim edir və güman edir ki, şirkətin əvvəlcədən planlaşdırılan maliyyə göstəricilərinə 2020-ci ildə nail olmaq ehtimalı var. Bu cür əminlik onunla sübut olunur ki, şirkət öz 150.000 işçisinin 90%-ni artıq işə geri qaytarıb.

Uzanan krizisin həlli yeni investisiyalar ola bilər. Beləliklə Ren Zhengfei bu ilki tədqiqatlara əlavə 5.8 milyard dollar vəsaitin ayrıldığını qeyd edib. Nəticədə tədqiqatlara Huawei tərəfindən ayrılmış investisiyanın ümumi dəyəri 20 milyard dolları keçib. Bu isə öz növbəsində Huawei şirkətinin öz mövqelərini gücləndirməyə və kənar texnologiyalardan asılılığını aşağı salmağa yardımçı olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2019-cu ildə Huawei şirkəti tədqiqatlara 17 milyard dollar, 2018-ci ildə isə 14 milyard dollar vəsait ayırmışdı. Bundan əlavə olaraq Ren Zhengfei həmçinin informasiya texnologiyaları sahəsində olan məhsullara yüksək tələbatı da qiymətləndirib. Belə ki. indiki vaxtda daha çox insan uzaqdan çalışma rejiminə keçid edir.

©Technote

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...