Əsas səhifə Xəbərlər Digər xəbərlər Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub

12
Paylaş

Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend