Disney və Sony Pictures şirkətləri Hörümçək adam haqqında kinolar üzərində əməkdaşlıqla bağlı maliyyə məsələsində razılığına gələ bilməyiblər. Bu barədə Deadline qəzeti xəbər verir.
Disney-ə məxsus olan Marvel kinostudiyasının rəhbəri Kevin Feige artıq sözügedən super qəhrəmanın iştirakı ilə yeni filmlər və digər layihələr istehsal etməyəcək və qəhrəman özü daha Marveldə olmayacaq.
Qəzet mənbələrindən əldə edilən məlumatlara görə əməkdaşlığın baş tutmamasına səbəb əməliyyatla bağlı münaqişə olub: Disney prokatdan gələn gəlirin yarısını və gələcək Hörümçək adam filmlərinin maliyyələşməsinin 50%-ni razılıqda istəməklə təkid edib. Franşizalar çəkən Sony də öz növbəsində əvvəlki şərtləri saxlamaq istəyirdi. Belə ki, bu şərtlərə görə Disney merçendayz satışlarından gələn bütün gəlirin və bir gün üçün olan yığımların yalnız 5%-ni əldə etməli idi.
“Biz təəssüf edirik, amma Disneyin, Feige-nin növbəti Hörümçək adam filminin aparıcı prodüseri ola bilməməsi ilə bağlı qərarına da hörmət edirik. Ümid edirik ki, gələcəkdə onlar öz baxış bucaqlarını dəyişəcəklər, indi isə bu mümkünsüzdür”- deyə, Sony Pictures-in nümayəndəsi bildirib.
Hörümçək adam super qəhrəmanı haqqında son film bu il çıxıb. O, Marvel-in iştirakı ilə çəkilib və prokatda 1 milyard dollardan çox yığıb. İstifadəçi hüquqları Sony Pictures-ə məxsusdur.