Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Date:

Paylaş:

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlar onların yerləşdikləri yerləri izləyə bilirlər. Lakin məlum olub ki, artıq standart hal almış bu vəziyyətə avtomobil alıcıları da öyrəşməli olacaqlar. Belə ki, İngiltərədə bu məsələ ilə bağlı Mercedes-Benz şirkəti ətrafında qalmaqal yaşanıb. Şirkət öz avtomobillərində olan ötürücülər vasitəsilə alıcılarını izlədikləri üzrə ittiham edilib. Bu barədə The Sun saytı xəbər verib. Avropa bazarındakı bir çox avtomobillər yerin təyin olunması ötürücüləri ilə təchiz olunurlar.

Bu ötürücülər isə avtomobilin qəzaya uğraması və ya oğurlanması halında yardım xidmətinin çağırılması üçün nəzərdə tutulublar. Lakin The Sun saytının jurnalistlərinin apardıqları istintaqa əsasən Mercedes-Benz şirkəti bu cür texnologiyalardan öz məqsədləri üçün istifadə edibmiş. Belə ki, şirkət həmin texnologiya vasitəsilə avtokredit üzrə avtomobil almış, lakin vəsaitləri ödəməmiş insanları axtarıb. Şirkət etiraf edib ki, o, avtokreditə sahib olan və kredit vəsaitlərini ödəməyən şəxsləri bu texnoogiya vasitəsilə izləyib. Şirkətin mətbuat xidməti qeyd edib ki, alıcılar yerləşdikləri yerlərin izlənməsinə icazə razılığını avtomobili alan zaman qeyd ediblər.

Şirkət təmsilçisi bildirib ki, bu üsul yalnız maliyyə razılaşmasını pozmuş və avtomobilin geri qaytarılması sorğularını dəfələrlə rədd etmiş alıcılara tətbiq olunur və bu, alıcıların daimi şəkildə izlənməsi demək deyil. İngiltərənin keçmiş naziri David Davis avtomobil istehsalçılarının bu cür praktikalarının dövlət səviyyəsində istintaq məsələsininin müzakirəsini artıq qaldırıb. Bu məsələ üzrə həmçinin hüquq müdafiəçiləri də narahatdırlar. Onlar düşünürlər ki, avtomobillərdə olan bu təchizatın məqsədəuyğun istifadə olunmaması və ya onların hack olunması riski var. Bu isə avtomobil sahiblərinin özəl həyatlarını təhlükə altına atır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...