Əsas səhifə Biznes Home Business-nədir , necə etməli ?

Home Business-nədir , necə etməli ?

397

Son zamanlar böyük gəlirləri olmayan , lakin getdikcə populyarlaşan bir fəaliyyət növü – “Home Business” ( evdə iş ) aktualdır.Əlavə işçi personalı , ofis , ilkin kapital tələb etməyən Home Business – hər kəs üçün əlçatandır.Əsas olan nə ilə və necə başlayacağını bilməkdir.

“Home Business” – anlayışı
Home Business – əlavə məsrəf ( işçi , ilkin kpital , ofis və s ) tələb etməyən , əsasən evdə fəaliyyət göstərmək imkanı yaradan bir fəaliyyət növüdür.

Yaxşı ideya – Biznesinizin mühərrikidir
Uğurlu insanların uğur hekayələri fərqlidir.Fəaliyyət sahəsinin nə olduğundan asılı olmayaraq hər kəsin başlanğıcı eynidir – İdeya !
Hər bir uğurun əsas meyarı – maraqlı və ya fərqli İdeya-dır.Daha sonra biznes planlaması , bazar araşdırması , təkli edilən məhsul və ya xidmətə tələbatdır.İdeyanız – sizin üçün çox önəmli olmalıdır.

Yalnız sevdiyiniz işi biznesə çevirə bilərsiz və bu sizə uğur gətirə bilər.

Satış = Biznes

Hər kəsin biznes qurmaqda əsas məqsədi eynidir – gəlir əldə etmək. Gəlir əldə etmək üçün satış mütləqdir.Satdığınız hər hansı bir xidmət , məhsul , fikir və s ola bilər.Əsas olan təklif etdiyinizə qarşı olan – Tələbatdır.İdeyanı biznesə çevirmək üçün ilk öncə potensial müştərinizi müəyyən etməli , rəqiblərinizi araşdırmalısız.

Başlanğıcda müştəri axtarışına , reklam və tanıtıma böyük məbləğdə sərfiyyat etməməyiniz məsləhətdir.”İlk təcrübə” çox önəmlidir və sərmayənizə qənaət etmək vacib şərtdir.Zamanla biznesinizin inkişafına sərmayə etmək gərək ola bilər.İlk tanıtım üçün sosial şəbəkələrdən və minimal reklamlaşdırmadan istifadə edə bilərsiz.

Müəyyən müddət işləriniz istədiyiniz kimi getməyə bilər.Gözlədiyiniz effekti görməyə bilərsiz.Narahat olmayın.Bazar araşdırmanız, qiymət siyasətiniz və ən əsası təklifinizə tələb varsa – uğur qapınızdadır…

fed.az