Henry Ford haqqında. Ford şirkəti necə yaradıldı

Date:

Paylaş:

Bəzi iş adamları innovativ məhsullar yaradarkən böyük sərvətlər qazanırlar. Amma çox azı bütün bir istehsal sistemini, bir sənayeni kökdən yaradaraq dünyanın ən böyük şirkətlərindən biri olmağı bacara bilər. Henry Ford bunu bacaran az saylı insanlar arasında var və həyat hekayəsi hələ də dünyanın ən ilham verici hekayələrindən biri olaraq qəbul edilir.

henry ford haqqinda

Henry Ford kimdir?

30 İyul 1863-cü ildə Miçiqanda İrlandiya mənşəli bir cütçünün altı uşağının ən böyüyü kimi dünyaya gəlib. On iki yaşında anasını itirən Henry boş zamanlarını özü üçün qurduğu bir mexaniki otaqda keçirirdi. Burada 15 yaşında ilk buxarlı maşınını düzəldir. Detroitdə bir şirkətdə köməkçi işçi kimi işə başlayır. O, əvvəllər cib saatlarnın təmirini öyrənmişdi. Cib saatlarını böyük diametrdə münasib qiymətə istehsal etmək planından qısa bir müddət sonra imtina etdi.

İlk işi

1882-ci ildə Miçiqanın cənubunda buxarlı maşın işçisi olaraq ilk dəfə daimi bir işə girdi. Altı il sonra bir cütçünün qızı olan Clara J.Bryant ilə evlənərək ondan bir uşaq sahibi oldu. 1891-ci ildə Detroitdə Edison Illuminating şirkətində mühəndisliyə başladı (1893-cü ildə şirkətin baş mühəndisi oldu). Boş zamanlarında avtomobil istehsalı üzərində çalışırdı. İlk tək silindrli benzin mühərrikini 1893-cü ildə öz evinin mətbəxində yaratdı. Üç il sonra isə ilk avtomobilini istehsal etdi.

İlk şirkəti

Henry Ford haqqinda

İlk şirkəti olan Detroit Automobile Company quruluşundan bir il yarım sonra yəni 1890-cı ildə iflas etdikdən sonra, Ford 16 İyun 1903-cü ildə səhmlərinin 25 faizinə ortaq olduğu Ford Motor şirkətini yaratdı. Eyni il içində istehsal etdiyi ilk avtomobil ABŞda satıldı. 1904-cü ildən sonra avtomobillərini başqa qitələrə da ixrac etdi.

Amerikalı Ford eyni il içində öz istehsalı olan “999” markalı yarış avtomobiliylə yeni bir dünya rekordu qırdı. 1906-cı ildən bəri şirkətinin ən böyük pay sahibi və başçısı olan Ford, 1908-ci ildə istehsal etdiyi T Modeli avtomobiliylə şirkətinin dünya səviyyəsində tanınmasını təmin edən bir satış rekordu qırdı. Yalnız tək bir modeli satışa təqdim etmək düşüncəsi əvvəllər şübhəylə qarşılanan Ford bu tətbiqlə istədiyinə nail oldu. 1906-cı ildə İngiltərədə ilk Avropa şöbəsini açan Ford 1927-ci ildə A modelinin istehsalına keçənə qədər, təxmini olaraq 15 milyon avtomobil satıb. 1917-ci ildə istehsalına əkinçi nəqliyyat vasitələri (xüsusilə traktor) əlavə edərək şirkətin miqyasını genişlətdi.

Şirkətini böyütdü

henry ford haqqinda

1925-ci ildə qısa bir müddət sərnişin və yük təyyarələri istehsalına da keçdi. 1919-cu ildən bəri oğlu Edsel ilə birlikdə şirkəti idarə edən Ford bu tarixdə şirkətinin bütün səhmlərini satın almışdı. Şirkətinin iqtisadi uğurları, yalnız satışa təqdim edilən nəqliyyat vasitələrinə söykənməklə qalmayıb, Fordun planlaşdırma, təşkilatlanma və istehsal sahələrində tətbiq etdiyi yeniliklərlə də əlaqəliydi. 1913-cü ildə avtomobil sənayesinə ardıcıl istehsal zəncirini gətirən Henri Ford oldu. Fordun əsas məqsədi daha aşağı xərcli bir istehsala və daha yüksək satış ədədlərinə çatmaq idi. Eyni zamanda daha qısa iş saatları və daha yüksək işçi ödənişlərinin tərəfdarı idi.

Fordizm

Henry ford haqqinda

Həmin dövrdə bir çox şirkətlər də Fordun yolu ilə getməyə çalışdı. Ford, Belçika (1922), İtaliya (1923) və Almaniyada (1925) fabriklər qurduqdan sonra Avropadakı Ford işləri 1928-ci ildən sonra İngiltərədə qurulan yeni bir fabrik mərkəzindən idarə olundu. 1932-ci ildə bazara çıxardığı Y Modeli xüsusilə Avropa bazarı üçün hazırlanmışdı. Bu model 1933-cü ildə inkişaf etdirilən V8 mühərrikiylə birlikdə müəssisənin irəliləyən illərdəki inkişafı üçün təyin edici bir rol oynadı. Ford İkinci Dünya müharibəsində eynilə Birinci Dünya müharibəsində etdiyi kimi istehsalını tamamilə döyüş maşınlarına görə uyğunlaşdırdı. Ford Motor şirkəti həmin dövrdə çox yaxşı pul qazandı. Buna baxmayaraq Ford, hər iki dünya müharibəsindən əvvəl sülhün qorunması üçün səy göstərmiş və 1936-cı ildə sülhün zəmanət altına alınmasını hədəfləyən bir vəqf olan Ford Foundationı qurmuşdu.

Son illəri

henry ford haqqinda

1943-cü ildə şirkətin rəhbəri yəni Fordun oğlu öldükdən sonra Ford yenidən rəhbərliyi öz üzərinə götürdü. 1945-ci ildə müharibənin sona çatmasıyla döyüş maşınlarının istehsalını tamamilə dayandırdı. 1945-ci ildə ilk minik avtomobilini istehsal etdi. Bu ABŞ-da illər sonra istehsal edilən ilk avtomobil idi. Bundan iki ay sonra Ford şirkət rəhbərliyini nəvəsi Henry Forda təhvil verdi. Şirkətin qurucusu Ford 7 aprel 1947-ci ildə 83 yaşında doğulduğu Miçiqanda beyinə qan sızmasından vəfat etdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...