Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Gürcüstan Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gürcüstan Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

155
Paylaş

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 1 mlrd. 088 mln. 790,5 min dollar təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsində payı 8,7% təşkil edib. Ötən il Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşı olub.

2018-ci ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 84,7% artaraq 502 mln. 726,7 min dollar təşkil edib. Azərbaycan Gürcüstanın ümumi ixracında 15% paya sahib olmaqla yanaşı, ölkənin birinci ən böyük ixrac tərəfdaşı olub.

Hesabat ilində Azərbaycandan Gürcüstana 586 mln. 063,8 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 5,8% çoxdur. Azərbaycanın Gürcüstanın ümumi idxalındakı payı 6,4% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra 4-cü əsas idxal tərəfdaşı olub.

Ötən il Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 17% artaraq 12 mlrd. 484,4 mln. dollar təşkil edib. Qonşu ölkənin ixracı 3 mlrd. 362,1 mln. dollar (+22,9%), idxalı isə 9 mlrd. 122,3 mln. dollar (+14,9%) dəyərində olub.