Yeni nəsil qeyri-adi qurğular hansılardır?

Date:

Paylaş:

Ekspertlər yeni nəsil az tanınan və qeyri-adi qurğuları açıqlayıblar.

“Bizplus.az” “ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazdığı məlumatda bildirir ki, siyahıda birinci yeri vəzifəsi keyfiyyətli fotoşəkillər çəkməkdən ibarət olan “Pro-Selfie” pilotsuz uçan aparatı tutub. O, smartfon vasitəsilə idarə edilir, tez enerji ilə doldurulur və az yer tutur.

İkinci yerdə ucuz qiymətə, kompakt qabaritlərə malik və “USB” portu ilə işləyən “CoolAir” mobil kondisioneri qərarlaşıb.

İstehsalçılar tərəfindən avtomobilin gecə vaxtı sürülməsi üçün hazırlanan “ClearView” eynəyi gözün yükünü azaltmağa və polyarlaşmış işığın tanınmasını asanlaşdırmağa imkan verir.

Növbəti pillələrdə yer alan “KeySmart” açarı böyük açarlar dəstini qatlanan bıçaq prinsipi üzrə işləyən qurğuya çevirir. Tibbi məqsədlər üçün yaradılan “BlackHero” korseti isə qaməti düzəldərək yorulmuş əzələlərə kömək edəcək.

“HalthWatch” ağıllı saatı nəbzi, təzyiqi, addımların sayını və kalorinin miqdarını ölçür. Qurğunun akkumulyator batareyası enerji toplamadan 33 ay işləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...