Əsas səhifə Biznes Biznes məqalələri Günün maksimum dərəcədə məhsuldar olması üçün nə etməliyik : 300 müvəffəqiyyətli insanın...

Günün maksimum dərəcədə məhsuldar olması üçün nə etməliyik : 300 müvəffəqiyyətli insanın sirrləri

Yazıçı Bednjamin Spall, dünyanın ən motivasiyali və inkişaf etmiş insanların səhər saatlarında nə etdiklərini bizimlə bölüşür.

Oyandıqdan sonra səhər saatlarında etdiyimiz işlər, cari günün necə keçəcəyini müəyyən edir.

Son 5 il ərzində mən 300-dən çox uğur əldə edə bilmiş insanlardan onların səhər vərdişləri haqqında müsahibə aldım.

Biznes liderləri və universitet prezidentləri, olimpiyaçılar, modellər və sənətkarlar ilə ünsiyyətdən sonra mən başa düşdüm ki, hər kəsə uyğun bir universal səhər  rutini yoxdur, amma hər bir müvəffəqiyyət qazamış insanın hər  gün istifadə etdiyi faydalı təcrübələri var. Onların bir neçəsinə nəzər salaq.

Yuxudan oyanma vaxtı üzərində eksperiment aparmaq

Mənimlə öz təcrübələrini bölüşən insanlar qeyd edirlər ki, onlar erkən oyanmağı üstün tuturlar. Bir çoxumuz işə, məktəbə və ya başqa bir yerə gətməyimiz lazım olduğundan asılı olaraq oyanırıq. Lakin, öz oyanma vaxtımız üzərdə eksperiment aparsaq, səhər tezdən oyanmaqdan  zövq almağı öyrənə bilərik.

Sizə enerji verən işə zaman ayırmaq

Səhər saatlarında  müvəffəqiyyətli insanlar onlara özünü rahat, enerjili və motivasiya dolu hiss etməyə yardım edən  işləri edirlər. Bu, səhər idmanı, oxu, meditasiya və ya yaxınlarımızla ünsiyyət ola bilər.

Səhər etdiyiniz rutin gün ərzində özünüzü necə hiss edəcəyinizə təsir göstərir.

Təşkilatçı məsləhətçi və eyni zamanda “The magical cleaning” kitabın müəllifi Mari Kondo qeyd edir ki, uşaqlıq yaşlarından səhər yuxudan oyandıqdan sonra  etdiyi ilk  rutin pəncərəni açaraq otağın havasını dəyişməkdir.

 Kifayyət qədər yuxu almaq

Səhər rutini  gecə yuxu almadan heç bir şey deməkdir. Yuxusuzluq diabet və ürək xəstəlikləri kimi xroniki xəstəliklərə gətirib çıxara bilər və hətta immunitet sisteminizin effektivliyini azalda bilər. Çox adam yeddi saatdan doqquz saat gecə yuxuya ehtiyac duyur.  Daim yeddi saatdan az müddətə yatmağa çalışsanız, bu, gec-tez öz təsirini büruzə verəcəkdir.

Rejimi müxtəlif  hallar üçün uyğunlaşdırın

Evdə olmadığınız zaman rejimə riayət etməkçətin olur, lakin onu səyahət üçün uyğunlaşdırsanız,  lazım olduqda istifadə edə bilərsiniz. Əgər səhər saatlarında idman əvəzində vaxtınızı ailə ilə keçirirsinizsə, bir neçə saatlıq idman əvəzində otel ətrafında qısa  müddətli qaçış keçirə bilərsiniz. Oteldə səhər yeməyi barədə qərar verə bilmirsinizsə, evdə yediyiniz  səhər yeməyinizə bənzər bir şey almaq üçün ən yaxın ərzaq mağazasına gedə bilərsiniz.

Özünü günahlandırmayın

Demək olar ki, bütün həmsöhbətlərim deyirlər ki, onlar bir, iki, hətta üç gün rejimlərinə riayət etmədən yaşayırlarsa, bunu bir uğursuzluq hesab etmirlər, çünki onlar mümkün qədər qısa müddətdə rejimə qayıdacaqlar. Onlar  bəzən vərdişlərindən kənara çıxdıqlarını etiraf edirlər və bu normaldır.

Unutmayın: özünüzə qarşı çox qəddar olmayın.

Ceri Seynfeld’in insandan “zənciri qırmamaq”ı tələb edən vərdiş yaratma nəzəriyyəsi var. Fikrin mahiyyəti ondan ibarətdir ki, hər gün qarşınıza sizi məqsədinizə yaxınlaşdıra biləcək  bir vəzifə qoyun, onu yerinə yetirdikdən sonra, böyük bir divar təqvimində günü qırmızı “X” ilə qeyd edin. Zəncir alınır və əsas vəzifəniz – onu qırmamaqdır. Əgər bu nəzəriyyə sizin üçün faydalı olarsa – çox gözəl! Amma unutmamalıyıq ki, həyatda hər şey baş verə bilər və bəzən ritmimizə sadiq qalmaq mümkün olmaya bilər. Bu normaldır.

Clif Bar & Company-nin icraçı direktoru Kevin Kliri deyir: “Mən fasilə edirəm və nə baş verdiyini düşünürəm. Günün sonunda idman zalına gedə bilmirəmsə, özümə söz verirəm ki, sabah və ya bir gün sonra bunu edəcəm. Altı aydan sonra vücudum bir gün qaçırdığımı atıq xatırlamayacaqdır “

Rəy bildir

Please enter your comment!
Please enter your name here