Angela Merkel dünyanın ən nüfuzlu qadınıdır -Forbes

Date:

Paylaş:

Almaniya Kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu qadınları reytinqində birinci yeri tutub.

Bizplus.azın TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalın elektron versiyasında məlumat verilib.

Reytinqdə, ümumilikdə, 100 ad var.

A.Merkel ardıcıl səkkizinci dəfə reytinqin ilk pilləsində qərarlaşıb. Ümumilikdə, Almaniya kansleri bu ada 13 dəfə layiq görülüb.

İkinci yerdə Böyük Britaniyanın Baş naziri Tereza Mey, üçüncü sırada isə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard qərarlaşıb.

İlk beşlikdə həmçinin “General Motors” avtomobil korporasiyasının prezidenti Meri Barra və ABŞ-ın “Fidelity Investments” maliyyə korporasiyasının rəhbəri Abiqeyl Conson yer alıb.

Amerikalı müğənni Beyonse “Forbes”un reytinqində 50-ci sıranı tutub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...