Belə addan “Google” ikinci dəfədir ki, istifadə edir.
“Google G Suite” paketinin korporativ istifadəçiləri ictimai ünsiyyət üçün nəzərdə tutulmuş Current xidmətini təqdim edib. The Verge yazır ki, bu xidmət istifadəsi 2019-cu ilin aprel ayının əvvəllərində dayandırılan korporativ “Google+” u xatırladır.
“Google”da belə bildirilib ki, “Currents” təşkilat daxilində ünsiyyət qurmağa, hər kəsi məlumatlandırmağa imkan verir və rəhbərlərə əməkdaşlarla əlaqə yaratmaqda kömək olur.Xidmətdə qeydləri sürətlə ictimailəşdirmək, onları “tag” larla vurğulamaq mümkündür, rəhbərlik isə paylaşımlara prioritet təyin edə bilər.
“G Suite” istifadəçiləri “Currents”-in beta-versiyasına giriş edə bilərlər, korporativ “Google+” – dan paylaşımlar yeni xidmətə keçiriləcək.
“Google” ilk dəfə deyil ki, “Currents” adından istifadə edir, belə ki, əvvəllər jurnalları oxumaq üçün olan və “Google Play Newsstand”da, daha sonralar isə “Google News”da inkişaf edən xidmət belə adlanırdı.