Google’un yaranma hekayəsi

Date:

Paylaş:

Yaranma tarixi

Google 1999-cu ildə Kaliforniyada Menlo Parkda bir qarajda iki universitet tələbəsi Larry Page və Sergey Brin tərəfindən quruldu. Google sözü Milton Sirrota tərəfindən yazılan “Riyaziyyat və Təxəyyül” adlı kitabda səslənən googol sözünün dəyişdirilmiş formasıdır. Googlenin meydana gəlmə müddəti isə 1995-ci ildə qədər uzanır.

Kim yaratdı?

İki universitet tələbəsi Larry PageSergey Brin ilk dəfə universitetə başladığı dövrlərində bir-birləri ilə tanış olurlar. İnternet saytlarında söylədiklərinə görə ilk öncə hər ikisi bir-birləri ilə heç yola getmirdilər və tez-tez münaqişə edirdilər. Stanford universitetində kompüter mühəndisliyi fakültəsində tələbələri və Google.com-un qurucuları olan iki dostun bir-birləri ilə fərqli fikirlərə sahib olmaqları bəlkə də bu gün istifadə etdiyimiz inkişaf etmiş axtarış motorunun yaranmasını təmin etdi.

1996-ci ilin yanvar ayında Larry və Sergey “BackRub” adlı axtarış motoru üçün birlikdə işləməyə başlayırlar. “BackRub” adı axtarış motorunu saytları analiz etməl fikriylə yaradırlar. Hər iki gənc tələbə bütün tələbələrin yaşadığı maddi çətinliklərlə qarşılaşırlar. Fikirlərinin əsaslı olması üçün saytlarının bir serverdə olması lazım gəlir amma serverlərin qiymətləri çox bahalı olduğu üçün Larry aşağı həcmli kompüterdən çox müvəffəqiyyətli bir server yaratmağı bacarır. Bir il keçdikdən sonra yaratdıqları BackRub görənlər tərəfindən çox bəyənilir və universitet içində ağızdan ağıza texnologiyaları yayılmağa başlayır.

İnkişaf mərhələsi

1998-ci ilin əvvəllərində Larry və Sergey layihələrini mükəmməl vəziyyətə gətirmək üçün işə davam edirlər. Terabyte ölçüsündəki ucuz diskləri götürərək Google.comun ilk məlumat mərkəzini Larryın otağına qururlar. Elə həmin vaxt Sergey universitetdə bir ofis yaradır. Potensial investorlar və axtarış texnologiyalarının lisenziyasını almaq istəyəcək firmaları axtarmağa başlayırlar.

Ofislərinə Yahoonun qurucusu və yoldaşları olan David Flotu da dəvət edirlər. David Filo çox gözəl bir şey yaratdıqlarını qəbul etməklə birlikdə Larry və Sergeyə öz axtarış motoru şirkətlərini yaratmağa cəsarətləndirir və yaratdığınızı tamamlayın ondan sonra ətraflı danışaq deyir.

Digər sərmayəçilərdən heç biri Google.comla bu qədər çox maraqlanmırdı. Hətta o dövrün məşhur investorlarından biri rəqiblərimizin 80%-i qədər yaxşı olsaq bəsimizdi. Bizim istifadəçilərimiz axtarışla həqiqətən maraqlanmılar deyir.

İlk investisiyaları

O vaxtlar böyük internet şirkətlərinin diqqətini çəkə bilməyən iki ortaq öz başlarına hərəkət etməyə qərar verirlər. Ehtiyacları olan yalnız tələbə yataqxanasından çıxmaqlarını təmin edəcək maddi bir dəstək olur. Bir də google.com üçün aldıqları terabyte ölçüsündəki sabit disklərə görə ödədikləri kredit kartları borclarını ödəyəcək pul lazım olur. Beləcə elmi işlərini bir yana qoyub investor axtarmağa başlayırlar. İlk ziyarət etdikləri həm dostları həm də fakültə yoldaşları olan Andy Bechtolsheim olur. Bechtolsheim Sun Microsystemsin qurucularındandır. İki gəncin göstərdiyi demoya ilk baxışda etdikləri işdə çox böyük bir potensial olduğunu görür, ancaq yığıncaqda çox az zamanı olduğu üçün onlara

– “Təfərrüatlar haqqında müzakirə etmək yerinə sizə yalnız bir çek yazım” deyir

və Google Inc. şirkətinə 100.000 dollarlıq bir çek yazıb onlara verir.

Andynin bu investisiyası əslində bir dilemma yaradır. Qanuni olaraq Google Inc. şirkəti olmadığı üçün bu çeki almaq da mümkün deyil. İki gənc ailə fərdləri, yoldaşları və yaxın tanışları ilə şirkət qurma işləriylə məşğul olarkən çek bir neçə həftə Larrynin siyirtməsində saxlanılır. Sonunda başlanğıc sərmayəsi olaraq yaxınlarından 1 milyon dolları yığaraq şirkətin ilk sərmayəsi üçün bir araya gətirirlər.

Birjaya çıxmaqları

7 Sentyabr 1998-ci ildə Google Inc. Kaliforniyadaki Menlo Parkda qapılarını bütün dünyaya açır.

Şirkət yaranan zaman hələ beta mərhələsində olan Google.comda gündə 10.000 axtarış sorğusu edilir. Uğurlu sorğu nəticələri mətbuatın marağını yeni qurulan bu şirkətə çəkməyə başlayır. USA TodayLe Monde qəzetlərində googleu tərifləyən məqalələr çıxır. O ilin dekabr ayında PC Magazine jurnalı Google ilk 100 sayt içində göstərir və 1998-ci ilin ən müvəffəqiyyətli axtarış mühərriki seçir. Beləcə Google.com bütün dünyada məşhurlaşır.

İlk ofisləri artıq onlar üçün kiçik olduğuna görə 1999-cu ildə Palo Altodakı universitet prospektindəki yeni ofislərinə köçürlər. Bu dəfə işçilərin sayı haradasa üç qatı qədər artmışdı.

Hazırda googleun gündəlik 600 milyondan çox ziyarətçisi var və bazar dəyəri 396 milyard dollardır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...