Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Google”, “Looker” biznes-analitik xidmətini 2,6 milyard dollara alır

“Google”, “Looker” biznes-analitik xidmətini 2,6 milyard dollara alır

150
Paylaş
Google
Google

Şirkət “Google Cloud” bölməsinin tərkibinə daxil olacaq.

Şirkətə istinadən Reuters yazır ki, “Google”, “Looker” böyük  biznes məlumatlarının təhlili xidmətini 2,6 milyad dollara almaq barədə razılığa gəlib.

“Looker”,  “Google”-un bulud xidmətlərini birləşdirən “Google Cloud” bölməsinin tərkibinə daxil olacaq. Hal-hazırda şirkətlər birlikdə, sağlamlığın qorunması, maliyyə, mətbuat və digər sahələrdə 350-dən çox müştəriyə xidmət göstərirlər.

Tərəflər 2019-cu ildə anlaşmanı dayandırmağı planlaşdırırlar. Looker-in baş direktoru Frank Bien “Google” komandasına qoşulacaq. Reuters qeyd edir ki, anlaşma 2014-cü ildən  “Google”-un ən böyük razılaşmasıdır. O zaman şirkət ev üçün “ağıllı” cihazlar istehsalçısı “Nest”-i 3,2 milyard dollara almışdı.

“Looker” 2012-ci ildə yaranıb və Kaliforniyada yerləşir. Ştatında 800 nəfərə yaxın adam var. Yarandığı andan 280,5 milyon dollar cəlb edib. Agentlik bildirir ki, 2018-ci ildə şirkət 1,6 milyard dollar dəyərləndirilib.

“Looker” üzərində aparılan işlər, şirkətlərə gəliri, müştəri bazasını və digər məlumatları təhlil etməyə və sonra tendensiyaları vizuallaşdırmağa imkan yaradır. Platformanın rəqibləri arasında “Tableau” və “Microsoft Power BI” biznes-analitik xidmətləri var.