Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Amerikalı milyarder futbol klubu satın alıb

Amerikalı milyarder futbol klubu satın alıb

147
Paylaş
Rokko Kommisso
Rokko Kommisso

İtaliyalı əsilli Amerika milyarderi Rokko Kommisso “Fiorentina” futbol klubunu alıb.

Kommisso Florensiya təmsilçisinə 2002-ci ildən rəhbərlik edən Andrea Della Valleni əvəzləyib.

O, “Mediacom” şirkətinə rəhbərlik edir. “Forbes” Kommissonun 4,8 milyard dollar əmlaka sahib olduğunu bildirir. Bu sahibkara idman aktivlərindən MLS-də çıxış edən “Nyu-York Kosmos”un səhmlərə nəzarət paketi məxsusdur.

Qeyd edək ki, “Fiorentina” ötən mövsüm İtaliya A Seriyasını 20 komanda arasında 16-cı pillədə başa vurub.