“Google” HTC-nin bir qismini aldı – 1.1 milyardlıq müqavilə

Date:

Paylaş:

ABŞ-ın “Google” şirkəti Tayvanın məşhur smartfon istehsalçısı olan HTC-nin biznesinin bir qismini satın aldığını açıqlayıb.

Lent.az-ın xəbərinə görə, tərəflər arasında imzalanan razılaşmaya əsasən HTC-nin bir sıra əməkdaşları, o cümlədən “Pixel” smartfonlarının işlənib hazırlanması ilə əlaqədar “Google” ilə daha öncə əməkdaşlıq etmiş şəxslər ABŞ şirkətinə keçəcək. Bundan başqa, “Google” HTC-nin intellektual mülkiyyəti üzərində bəzi hüquqlar əldə edəcək.

Müqavilənin dəyəri 1,1 milyard dollar təşkil edir. Bu sövdələşmə “Google”un mobil cihazlar bazarında mövqeyini gücləndirməyə imkan yaradacaq. HTC mütəxəssisləri yaxın illərdə bir sıra innovasion məhsulların hazırlanmasında “Google”a kömək edəcəklər. Öz növbəsində razılaşma HTC-nin öz maliyyə göstəricilərini yaxşılaşdırmasına imkan verəcək. HTC öz brendini saxlayacaq və smartfon istehsalına davam edəcək. Belə ki, ilin sonuna qədər şirkət 3 yeni cihaz buraxmağı planlaşdırır. Bu cihazların hazırda kod adları məlumdur: “Ocean Master”, “Ocean Harmony” və “Ocean Lite”.

Bundan başqa, HTC əldə etdiyi vəsaitlə virtual reallıq istiqamətində işlərini gücləndirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...