Əsas səhifə Startup Hansı yerli startuplar qrant aldı?

Hansı yerli startuplar qrant aldı?

1062
Paylaş
startup ideyaları

Məlum olduğu kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.

startup nədir startup nedir nədir haqqinda

Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında aprelin10-da elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.

Xeberler.az bildirir ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.

Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə

242 000 AZN qrant vəsaiti ayrılıb.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.

Layihənin adıQrant məbləği (AZN)
 1GRP11 000
 2Yüksəklik12 000
 3CamTouch12 000
 4ReCountry10 000
 5“Destination – Baku” application12 000
 6ZoomX11 000
 7Ustad12 000
 8WakeMeUp11 000
 9İlmə12 000
 10Postcal14 000
 11Pazl – Xalça12 000
 12High_Cargo mobile application11 000
 13Mobil oyunun hazırlanması11 000
 14Run2Help12 000
 15İnEduTech14 000
 16Ecommerce üçün innovativ çatdırılma sıstemi12 000
 17seattip.com12 000
 18Hüt-hüt11 000
 19www.e-pul.az10 000
 20BKES10 000
 21Soft Balance Accounting10 000

Məlumata görə, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.

Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər- 23 kommersiya hüquqi şəxs, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.

Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.