Əsas səhifə Xəbərlər Digər xəbərlər “Google” dünya üzrə pulsuz Wi-Fi layihəsini dayandırır

“Google” dünya üzrə pulsuz Wi-Fi layihəsini dayandırır

26
Paylaş

Google şirkəti, dünyaya pulsuz Wi-Fi paylanması layihəsi olan  “Station” proqramını bağladığını elan edib. Bu barədə TechCrunch yazır. Şirkət bildirib ki, mobil internet qiymətləri ucuzlaşır və artıq “Google Station”a ehtiyac qalmır.

“Google” həm də layihəni maliyyələşdirə bilmir və 2020-ci il ərzində şirkət onu artıq bütün dünyada məhdudlaşdıracaq. “Biz tərəfdaşlarımızla mövcud stansiyaların ötürülməsi üzərində işləyirik ki, onlar cəmiyyət üçün faydalı alət olaraq qalsınlar” – şirkətdən əlavə ediblər.

Qeyd edək ki, layihə çərçivəsində “Google” Hindistanda 400-dən çox dəmiryolu stansiyasında və dünya üzrə digər ictimai yerlərdə pulsuz Wi-Fi qoşub