Google 3 ayda 23 milyard dollar reklam gəliri əldə edib

Date:

Paylaş:

ABŞ-ın texnologiya nəhəngi Google-ın baş təşkilatı Alphabet-in xalis mənfəti bu ilin ikinci rübündə azalıb.

Marja” xəbər verir ki, Şirkətdən verilən məlumata görə, Alphabet-in 2017-ci ilin ikinci rübündəki xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq 3,52 milyard dollar olub. Şirkət, 2016-nın aprel-iyun dövründə 4,88 milyard dollar xalis qazanc açıqlamışdı.

Şirkətin bir səhmə dividendi ötən ilin aprel-iyun dövründə 7 dollar idisə, bu ilin eyni dövründə 5,01 dollara geriləyib.

Ötən ilin ikinci rübündə 21,5 milyard dollar cəmi gəlir əldə edən Alphabet-in bu ilin eyni dövründəki gəliri isə 21 faiz artımla 26 milyard dollara çıxıb.

Alphabet-in ikinci rüb xalis mənfəətində azalması ilə əlaqədar olaraq şirkətin səhmi dəyərdən düşüb.

Nyu-York Birjasının bağlanmasının ardından aparılan məhdud əməliyyatlarda şirkətin səhmləri 3,2% ucuzlaşaraq 966,70 dollara qədər geriləyib.

Digər tərəfdən, açıqlamada, Alphabet-in tərkibində olan Google-ın reklam gəlirlərinin bu ilin ikinci rübündə artdığı bildirilib.

Google-ın reklam gəliri bu ilin aprel-iyun dövründə 18,4 faiz artımla 22,67 milyard dollara yüksəlib. Google ötən ilin eyni dövründə 19,14 milyard dollar reklam gəliri əldə

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...