Stres çarxının yeni rəqibi – Orbiter

Date:

Paylaş:

Spinner son zamanların ən çox satılan oyuncaqlarındn biri oldu. Lakin görünür onların yaxın zamanda yeni rəqibi peyda olacaq. Söhbət, maqnit vasitəsilə fırlanan kiçik kürəciyə sahib Orbiter adlı cihazdan gedir.

Orbiter, özündə kiçik fırlanan kürəciyi birləşdirən üzüyə bənzəyir. O bir növ spinneri xatırladır. Lakin spinnerdən fərqli olaraq o, mərkəzdə olan diyircəyin sayəsində, kiçik kürəcik isə maqnit sayəsində fırlanır. Bundan əlavə olaraq Orbiter-i, spinnerdən fərqləndirən daha bir özəllik isə onun müxtəlif tərzdə fırlanmasıdır. Bununla yanaşı həmin kürəciyi, cihazın mərkəzinə yerləşdirib fırlatmaq da olar. Spinnerləri müxtəlif qiymət göstəricilərinə görə tapmaq olar.

Orbiter-in standart qiyməti isə 45$ təşkil edir. Bu cür yüksək qiymət göstəricisinə baxmayaraq bu layihə, IndieGoGo-da platformasında 10.000$ vəsait yığmağı bacardı. Əslində isə cihazın yaradıcıları insanlardan 4000$ vəsait istəyirdilər.

fins.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...