2020-ci ilin Yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin məbləği açıqlanıb – 333 milyon 701 min manat.
Bizplus.az Komitəyə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayı ilə müqayisədə dövlət büdcəsinə daxilolma 1,2% və ya 4 milyon 56 min manat artıb.
Büdcə daxilolmaları (min manatla) :
2019 Yanvar 2020 Yanvar
Gömrük rüsumu üzrə 76480.40 84361.40
ƏDV üzrə 233048.70 235905
Aksizlər üzrə 16862.30 9679.30
Yol vergisi üzrə 3254.30 3755.60
CƏMİ 329645.70 333701.30