Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək

Date:

Paylaş:

Ceki Çan virusa qarşı vaksin tapana 1 milyon Çin yuanı (təxminən 143 min dollar) verməyə hazır olduğunu deyib.

Çinli aktyor “Weibo” sosial şəbəkəsində ölkəsini bürümüş vahiməli virusun tezliklə yox olmasını arzulayaraq yazıb:

“İnsanları belə əziyyət çəkən görmək istəmirəm. Bunun çarəsi tapılmalıdır”.

Koronavirusa görə insanların Çindən təxliyə edilməsi davam edir. İnternetdə Çinin boşalmış küçələrinin görüntüləri yayılmaqda davam edir.

Son məlumata görə, Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfərə çatıb. Epidemiyaya yoluxanların sayı 871 nəfərə çatıb.

24 saat ərzində 2,6 min nəfərdən çox insan virusa yoluxub. Bununla əyalətdə virusa yoluxanların ümumi sayı 29,6 min nəfərə çatıb. Virusa yoluxmuş 356 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb.

Bununla da Çində koronavirus daşıyıcılarının sayı 39,8 min nəfərə, qurbanlarının sayı isə 904 nəfərə çatıb. Ölkədə ümumilikdə 3 mindən çox insan xəstəlikdən sağalıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...