Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İsveçrə şirkəti “Globus” ticarət şəbəkəsini satdığını açıqlayıb

İsveçrə şirkəti “Globus” ticarət şəbəkəsini satdığını açıqlayıb

46
Paylaş

Dünyada ən iri pərakəndə ticarət şəbəkələrindən birinə malik İsveçrənin “Migros-Genossenschafts-Bund” (MGB) şirkəti “Globus” lüks ticarət şəbəkəsini satdığını bildirib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, şəbəkənin alıcısı  “Signa” və “Central Group” şirkətləridir. Onlar Avropada bir sıra bahalı dükanların sahibidirlər.

Alış-verişin dəyəri 1 milyard dollardır.

“Globus” şəbəkəsinə müştəri axtarılması ötən ilin yayından bəllidir, “Signa” və “Central Group” da o vaxtdan mümkün alıcılar sırasında sayılıb. İndi də “Globus”un “European Luxury Department Store Group”a daxil olması ilə holdinq Almaniya, Avstriya, Danimarka, İsveçrə, İtaliya bazarlarının müvafiq seqmentində lider olacaq.