Erik Finman, artıq yeniyetmə dövründən kriptosərmayıçiyə çevrilmişdir. Keçən il onun sərvəti təxminən 4 milyon dollar təşkil edib. İndi isə, milyoner bildirib ki, bitkoinin gələcəyi yoxdur.
11 yaşdan başlayaraq, Finman, nənəsinin ona verdiyi pul ilə bitkoin almağa başlamışdır. Ötən il bazarın kəskin yüksəlişi fonunda bu gənc, gözlənilmədən milyonçuya çevrilib.
2014-cü ildə o, bitkoini $100 000 sataraq şəxsi biznes qurmuşdur. Finman öz biznesinə 20 nəfər işçi cəlb edərək Indiegogo şirkətini qurmuşdur.
2017-ci ildə Finmanın ümumi sərvəti 4 milyon dollara qədər qiymətləndirilib. Bitkoin hesabına milyonçuya çevrilməsinə baxmayaraq Erik, Marketwatch-un müsahibəsində bildirmişdir ki, bu əsas kriptovalyutanın gələcəyi yoxdur. Eyni zamanda Finman Litecoin-a qarşı da öz münasibətini açıqlayaraq onu “ölü” hesab etdiyini bildirib. Qeyd edək ki, Litecoin ötən ilin dekabrından başlayaraq qiymətindən 95% düşmüşdür.
Bundan başqa öz müsahibəsində gənc milyonçu, efir və Zcash, kriptovalyutalara perspektivlini vurğulayıb. Bütün bunlara baxmayaraq, bazar oyunçuları bu gəncin proqnozlarını ciddi qəbul etməmişdilər.
Xatırladaq ki, “bitkoinin ölümü”nün 300 illik yubileyi bu ilin mayında olmuşdur.
Kembriç universitetinin tədqiqatçıları hesab edirlər ki, yaxın gələcəkdə bitkoinin 85% -a qədər dəyərdən düşəcəyi haqqında məlumat KİV tərəfindən əhəmiyyətli dərəcədə şişirdilib. Ekspertlərin təsnifatına görə, köpüklər lokal (yalnız bir kriptovalyutanı əhatə edən) və qlobal (bütün ekosistemə təsirini göstərən) olaraq iki qrupa bölünürlər. Lokal köpüklərə daha tez-tez rast gəlinir.
Təcrübə göstərir ki, kriptovalyuta aktivlərinin ölümü ilə bağlı xəbərlər hər dəfə yeni qlobal ekosistem köpüyündən sonra meydana çıxıb. Həqiqətən də, 2017-ci ildəki köpük bitkoin tarixində ən nəhəng olub, lakin buna baxmayaraq bitkoinin qiyməti 2017-ci ilin yanvarı ilə eyni səviyyədə qalmaqdadır.
Son 24 saat ərzində bitkoinin qiyməti 0,13% artıb. Bazar kapitallaşması isə $57,21 milyard, bir ədəd BTC tokeninin qiyməti isə $3283,04 təşkil edib. Artma tendensiyasını EOS, Litecoin, Bitcoin Cash, Bitcoin SV və TRON göstərir. Ripple efir, Stelar, Teather kotirovkalarının isə son zaman kəsiyi ərzində düşməsi müşahidə olunub.
Kriptovalyutanın ümumi bazar kapitallaşması $104,30 milyarda çatıb. Coinmarketcap-ın verdiyi məlumata əsasən, bitkoinin aparıcılıq indeksi 54,85% təşkil edir.