Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Microsoft xiyarları bağbanlardan daha yaxşı yetişdirir

Microsoft xiyarları bağbanlardan daha yaxşı yetişdirir

281
Paylaş

Microsoft Vaheningen Universitetinin xiyarların yetişdirilməsi üçün ən yaxşı süni intellektin yaradılmasına həsr olunmuş Autonomous Greenhouse yarışında qalib gəlib. Sonoma qrupu hər kvadrat metr başına 50 kq-dan çox xiyar yetişdirib. Bu barədə VentureBeat məlumat verib.

Sentyabrda başlamış bu yarışda Microsoft, Intel, Tencent, Delphy və AgroEnergy əməkdaşları və SI texnologiyasından istifadə etməyən bağbanlar qrupu iştirak edib. İştirakçılar bağbanlar ilə yarışaraq su, hava, istilik və işıq axınına nəzarət edən ağıllı istixanalar yaratmalı idilər.

Tərəvəzlərin sayına görə ikinci yeri bağbanlar qrupu götürüb. Microsoft həm xalis mənfəət, həm də istifadə olunan texnologiyaların ekoloji cəhətdən təmizliyi baxımından birinci yer tutub.