Əsas səhifə Biznes sahələri Texnologiya Gələn il Bakıda innnovasiya mərkəzi tikiləcək

Gələn il Bakıda innnovasiya mərkəzi tikiləcək

700
Paylaş

Gələn il Bakıda böyük innovasiya mərkəzinin tikintisi planlaşdırılır.

Bu barədə rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Bakıda keçirilən Azəribaycandakı Amerika Ticarət Palatasının( AmCham Azerbaijan) üzvlərinin aylq işgüzar nahar fasiləsi zamanı bildirib.

Onun sözlərinə görə, elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan “elektron hökumət”portalı vasitəsilə hazırda ümumilikdə 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bu say daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 mindir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə 600 mln.-u keçib.

Nazir həmçinin qeyd edib ki, 2019-cu ildə yeni nəsil şxsiyyət vəsiqələrinin vətədaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək: “E-imza sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması tanınması ilə bağlı ardıcıl işlər aparılır və inanırıq ki, bu iş adamları üçün yeni imanlar açacaq”.


© Report