Fransızlar yaratdı, türklər dünya brendi etdilər: LC Waikiki

1
1354

LC Waikiki, 1985-ci ildə Fransız dizayner George Amoual və iş ortağı, Fransız hazır geyim bazarına yeni bir brend gətirmək adına təşəbbüskar bir qərar alırlar. LC Waikiki adını isə, sektora giriş qərarlarının alındığı bir dövrdə, təyyarə səyahəti əsnasında düşünürlər. Təbii ki uçarkən qəflətən ağıllarına belə bir ad gəlməmişdir. Təyyarə səfəri əsnasında əllərinə keçən bir jurnalda məşhur Waikiki Plajı-nın təqdimatını görürlər.

Böyük bir istəklə detallarıyla mövzunu qiymətləndirməyə çalışırlarlar. Və bu adın müxtəlif layihələrə çox uyğun olacağını düşünürlər. LC isə Fransızca “dostlar” mənasına gələn “Le Copains” sözlərinin baş hərflərindən əmələ gəlir. Bu iki baş hərf ilə birlikdə, Waikiki adını yan-yana gətirirlər və bu gün bildiyimiz LC Waikiki brendinin adı yaranır. 1988-ci ildə istehsalın sürətlənməsiylə birlikdə iki ortaq Türkiyədə yaxşı tərəfdaş axtarışına başlayırlar və türk şirkəti Taha Tekstil ilə tanış olurlar. Vaxt itirmədən Taha tekstil ilə işləməyə başlayırlar. O dövrlər Türkiyənin hazr geyim üzərinə ciddi bir inkişaf göstərdiyi, beynəlxalq bazarda adının parladığı zamanlar idi. Taha tekstil LC Waikiki markasının ehtiyaclarını gözlənildiyindəndə yaxşı qarşılayır və təbii ki bu vəziyyət böyümə politikasınıda özü ilə gətirir.

“Gözəl geyinmək hər kəsin haqqıdır” fəlsəfəsi ilə bu gün 38 ölkədə 836 mağazada uyğun qiymətə keyfiyyətli məhsullar təqdim edərək müştərilərinə əlçatan modanın kefini yaşadır.

LC Waikiki, 2009-ci ildə ilk addımını Rumıniyada ataraq başladığı xarici sərmayələri ilə “2023-ci ilə qədər Avropanın ən müvəffəqiyyətli üç moda perakendecisinden biri olmağı ” qarşısına məqsəd qoyub.

fins.az

1 COMMENT