Fransız moda evi “Chanel” Nyu-York Shelter Islandda j12 saatının 20-ci ildönümünə həsr edilən, J-class yarış yaxtalarından təsirlənərək özünün yaxt klubunu açıb.
“Vogue” nəşrinin məlumatına görə, klubun çimərliyini ağ-qara çətirlər, brendin loqosu ilə birlikdə sörfinq üçün lövhələr, xilasedici dairələr bəzəyir.
Klubun bütün atributları brendin ağ-qara rəngindən ibarət olan firma stilindən alınıb. Məsələn, içki üçün kuler, badminton və pinq-ponq üçün raket, sörfinq üçün lövhələr və hətta xilasedici dairələr.
Şirkətdən qeyd edirlər ki, moda evi artıq uzun illərdir ki, məhsul xəttində şirkətin loqosu olan xizək və tennis raketi istehsal edir. Çimərliyin qonaqları, təkcə şezlonqda qaralmaq deyil, badminton və digər klassik çimərlik oyunlarını oynaya bilərlər. Çimərliyin təşkilatçıları deyib ki, onlar çimərliyi və yaxta klubunu Qabriel Şanelin görmək istəyəcəyi şəkildə hazırlayıblar. Hələ ki, onu məşhur qonaqlar qiymətləndirib. Onların arasında aktyorlar, müğənnilər, modellər və cəmiyyətin digər kübar üzvləri daxildir.
Çimərliyin yaxınlığında “Sunset Beach Hotel” yerləşir və onun daxilindəki butikdən isə qonaqlar J12 saatını əldə edə bilərlər. Qeyd edək ki, “Chanel”in ikonik saatı 2000-ci illərin əvvəlində Jak Elle tərəfindən hazırlanıb. Bu model özündə 4 çeşidi birləşdirir.