Qatlana bilən Huawei Mate X smartfonunun satışı yenidən təxirə salınıb

Date:

Paylaş:

Huawei şirkəti qatlana bilən Mate X smartfon modelini hələ bu ilin fevral ayında təqdim etmişdi. Bir neçə gün bundan öncə bu smartfon şirkətin mobil şöbəsinin rəhbərinin əlində görülmüşdü. Güman olunurdu ki, şirkət bu smartfonu sentyabr ayında satışa çıxardacaq. Lakin şirkətin planları anidən dəyişib. Belə ki, şirkətin mobil şöbəsinin prezidenti He Gang bildirib ki, Mate X bazara satışa çıxmağa hələki hazır deyil. Bu barədə Gsmarenasaytına istinadən 4pda saytı xəbər verib.

Onun sözlərinə əsasən şirkət hələ də smartfonun konstruksiyasını optimizasiya edir ki, o, şirkətin keyfiyyət tələblərinə cavab versin. O həmçinin qeyd edib ki, smartfonun hazrlanma prosesi heç gözlənilmədən daha da qəliz olub. “Hər bir insana məlum olmalıdır ki, Huwei şirkətinin keyfiyyət tələbləri çox yüksəkdir. Əgər smartfon bu cür tələblərə cavab vermirsə o, satışa çıxmayacaq. Biz Mate X-ə böyük vəsaitlər sərf etmişik. Biz, yaxşı istehlakçı təcrübəsinə sahib məhsulun yüksək keyfyyətinə zəmanət veririk” – deyə He Gang bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...