Əsas səhifə Hüquqi məsələlər Fransa “Apple” şirkətini cərimə edib

Fransa “Apple” şirkətini cərimə edib

11
Paylaş

Fransanın  Rəqabət, İstehlak və Saxtakarlığa Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) “Apple” şirkətinə 27 mln. dollar ( 25 mln. avro) cərimə kəsib. Səbəb, iOS yenilənməsindən sonra köhnə iPhone modellərinin zəif işləcəyi barədə şirkətin istifadəçilərə xəbərdarlıq etməməsi olub.

Paris prokurorluğu  istifadəçilərin şikayətindən sonra, yanvarın 5-də araşdırmaya başlayıb.

Qeyd edək ki, söhbət, 2017-ci ildə olan iOS 10.2.1 və 11.2 yenilənmələrindən gedir. Bu yenilənmələrlə köhnə batareyalı modellər ( iPhone 6, SE və 7) müəyyən şəraitlərdə, məsələn, soyuqda zəif sürətlə işləyirlər.

Fransız hökumət dairələri bildirirlər ki, məhz bu səbəbdən smartfon sahibləri yeni telefonlar almaq və ya batareyaları dəyişmək məcburiyyətində qalıblar.

“Apple” şirkəti cəriməni ödəməyə və məsələ ilə bağlı bir ay ərzində öz saytında press reliz dərc etməyə razılıq verib.