Gənc biznesmentor:”Ən doğrusu rəqbətin olmadığı biznes sahəsindən başlamaqdır…”

Date:

Paylaş:

İş adamı və biznesmentor Elvin Dadaşsoy öz biznesinə başlamaq istəyən gənclərin biznes ideya seçimi ilə bağlı fikirlərini bölüşüb.

Tanınmış ekspert bildirir ki, gənclər daha geniş miqyaslara böyüyə bilən və daha çox problemlərin həllinə fokuslanan bizneslərə üstünlük verməlidirlər.

E.Dadaşsoy yazır:

«Orta statistik 10 gəncdən 9-nun biznes ideyası:

– Book kafe

– online əldə düzəlmiş bəzək əşyaları satışı

– təhsil mərkəzi

– türkiyədən mal gətirib instagram üzərindən satmaq

Çox çeynənmiş və limitli ideyalardır.

Bəs hansı biznes ideyasından başlayaq? Heç vaxt yaradılmayan biznes yoxsa rəqabətin çox olduğu?

Bu sual “toyuq birinci yaranıb ya yumurta?” – sualına oxşayır.

Tolstoy Anna Karenina əsərində deyir: “Bütün xoşbəxt ailələr bir birinə oxşayır. Ancaq bütün bədbəxt ailələrin hərəsinin fərqli bədbəxtlik səbəbləri var”. Biznesdə isə məsələ tərsinədir. Bütün uğursuz bizneslər bir birinə oxşayır. Ancaq bütün uğurlu bizneslərin hərəsinin öz uğur səbəbi var:

Bu səbəb, başqalarında olmayan fərqlilikdir. Hansısa problemi başqalarından 10 dəfə daha yaxşı həll edə bilməkdir. Həmçinin, bu fərqliliyi daha böyük insana çatdırmaqdır.

Məsələn, Sən yoqa dərsləri verən mərkəz açmısansa və Bakıda ən yaxşısısansa, heç vaxt milyon qazana bilməyəcəksən. Çünki Bakıda cəmi 4 milyon əhali var. Sən 1 milyard insana satmağın yolunu tapmalısan.

Mənə görə ən doğru variant hələ rəqabətin olmadığı sahədə sürətli biznes qurub, o sahənin qaymağını yığıb sonra biznesi satmaqdır».

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...