Foreks haqqında öyrənmək istəyirsiz və əgər səbrli insansınızsa forex dünyası əsl sizin üçündür! Əgər forex haqqında heç bir biliyiniz yoxdursa sadə dildə izah etdiyimiz Foreks nədir adlı məqaləmizi oxumağınız məsləhətdir!
Yeni başlayanlar üçün forex bir az qarışıq gəlir amma əslində bu bazarla hər biriniz əlaqəlisiniz. Hətta əvvəllər bazarda dəfələrlə bilərək və ya bilməyərəkdən iştirak etmisiniz. Bunu bir az izah edək: belə ki forex valyuta ticarəti edilən bir dünyadır. Ancaq təkcə valyuta ilə bitmir.
Məsələn valyuta dəyişmə məntəqəsində pul dəyişdirdiniz və ya xaricə səyahət etdinizsə və ya alibabadan amazaondan bir şey aldınızsa valyuta alıb satmısınız deməli. Təbii ki valyuta ticarəti bununla məhdudlaşmır lakin bu əməliyyatlar sizi bilvasitə olaraq bazarla bağlayan hadisələrdir. Əsl forex mütəxəssislərinin də etdiyi budur. Onlar hər gün forex platformasında əmtəə, valyuta və ya hər hansı səhmi alıb satırlar.
İndi isə forex haqqında bir qədər maraqlı məlumatlar oxuyun:
Gündəlik dövriyyəsi
Forex 6 trilyon dollarlıq gündəlik dövriyyəsinə görə dünyanın ən böyük bazarıdır. Əməliyyat həcmi bir yana həm də bu bazarda günün 24 saatı əməliyyat etmək də mümkündür. Forex bazarı hər keçən il əvvəlki ilə nisbətən marağını daha da artırır və məşhurlaşmağa davam edir. Bazara girən yeni iştirakçılar sayəsində əməliyyat həcmi artmaqda davam edir.
Foreksdə ən çox əməliyyat edən ölkə
Dünyada ən çox milyoner olan ölkələrin siyahısında ilk sırada 15,7 milyon milyoner sayı ilə ABŞ iştirak edir. ABŞ-dan sonra 2,4 milyon nəfərlik milyoner ordusuyla İngiltərə gəlir. Bu iki ölkəni maliyyə və əhali baxımından qlobal güclərini də əsas götürərək müqayisə edərkən istər istəməz bazarın ən aktiv və ən çox əməliyyat edilən ölkəsinin ABŞ olduğu düşünülür.
Ancaq vəziyyət belə deyil, forex bazarında ən çox əməliyyat edilən ölkə kimi 2,4 milyon milyoneri və 53 milyon əhalisiylə İngiltərə birincidir. 15,7 milyon multimilyoner və 318 milyonluq əhalisiylə ABŞ yox!
Forex bazarında şirkət kimi ən böyük həcmdə əməliyyatları Alman bankı Deutsche edir.
Bazarda ancaq fərdi iştirakçılar olmur. Dünyanın ən böyük şirkətləri də bu bazarın içindədir. Ən böyük əməliyyat edən iştirakçılardan biri də Frankfurt bankıdır. Dünyanın ən böyük maliyyə qruplarından olan Barclays və Citi’də bazarın qlobal iştirakçıları arasındadır.
Forex haqqında yeni eşidənlər bəzən düşünürlər ki yeni yaranıb amma heç də elə deyil. Bazar 1973-cü ildən fəaliyyət göstərir.
2000-ci illərin sonlarında internetin daha da sürətlə yayılması bir çox ticarət sahəsini də internet dünyasına qazandırdı. Bunlardan biri də Forexdir. İnternetin yayılmasıyla birlikdə forex daha çox maraq topladı və bu gün internetin olduğu hər komputerdən əməliyyat etmək mümkündür. Valyuta alış verişi illərdir fəaliyyət göstərsə də forex özü 1973-cü ildə yaranıb. Yəni düz 42 il bundan əvvəl. Bir çox insanlar forexdə yalnız valyuta ticarəti edildiyini düşünür. Əvvəlki məqalələrimizdə də söylədiyimiz kimi forex yalnız valyutadadan ibarət deyil.
Bazarda neft, gümüş, qızıl, hətta facebook və ya microsoftun səhmlərini belə alıb sata bilərsiniz.