Əsas səhifə Biznes Forex nədir?

Forex nədir?

2872

Foreks sözün əsl mənasında virtual valyuta dəyişdirmə məntəqəsidir. Foreks qumar deyil işdir. Gündəlik dövriyyəsi 5 trilyon dollardan çox olan dövlətlərarası valyuta dəyişdirmə bazarıdır.

Foreks hesabı açmaq qısaca olaraq virtual bir valyuta dəyişdirmə məntəqəsi qurmaq deməkdir. Masanızın üstündəki bu valyuta dəyişdirmə məntəqəsindən dünyadakı bütün “etibarlı” pulları alıb sata bilərsiniz. (Dollar, avro, İsveçrə frankı, japon yeni vs.)

Yaxşı, virtual valyuta dəyişmə məntəqəsi qurmaqla, real valyuta dəyişdirmə məntəqəsi arasında nə fərqlər var?

Birincisi, virtual valyuta dəyişdirmə məntəqəsinin quraşdırma xərci çox aşağıdır. (Təxminən 100 AZN).

İkincisini isə belə izah edək. Bakının mərkəzində bir valyuta dəyişdirmə məntəqəsi qurdunuz. Yəni qarşınızdan minlərlə adam gəlib keçir və alış-veriş üçün mütləq kiminsə müştəri olaraq sizə müraciət etməsi lazımdır. Ancaq virtualda bu daha asandır. Valyutanın qiymətini bəyəndiyiniz anda AL və ya SAT düymələrinə basaraq dərhal əməliyyat edə bilərsiniz. Yəni müştəri gözləmək dərdi yoxdur.

Foreks sizə çox asan və qazanclı görünə bilər ancaq hər şey göründüyü kimi deyil. Gəlin bir az araşdıraq.

forex kitab, форекс, invest azerbaijan, investaz azerbaijan, forex az, forex nedir, sözlərin mənası lüğəti, investaz net, investaz azerbaijan, invest.az valyuta, invest.az vakansiya, invest.az mezenne, investaz.az valyuta, azerbaycan investisiya sirketi, forex azərbaycanda, investaz haqqinda, forex haqqinda, foreks nedir, forex haqqinda melumat

Forexlə real valyuta dəyişmə məntəqisinin fərqi

İstər virtual, istər real valyuta dəyişdirmə məntəqəsi açın, bu qazanclı amma bir o qədər də riskli bir işdir. Niyə?

Bakının mərkəzindəki valyuta dəyişdirmə məntəqəsinə geri qayıdaq. İşə başladınız və bir adam əlində qara bir çanta ilə içəri girdi və “100.000 dollar dəyişdirmək istəyirəm, neçəyə dəyişirsiz?” dedi. Valyuta cədvəlinə baxaraq “1.78 dən dəyişirəm” dediniz. Adam çantasını açdı və dollarları verdi. Saydınız, kassanı açıb adamın pulunu ödədiniz və yenidən işinizə davam etdiniz.

Dollar səhəri gün 1.60’a, ondan sonrakı gündə 1.50 ‘yə qədər düşdü. Zərəriniz = 100.000 * 0.20 = 20.000 dollar. İndi ya bu dollarları məcbur olub zərərə də uğrasanız satacaqsınız ya da dolların təkrar şəkildə 1.78 səviyyəsinə qalxmasını gözləyəcəksiniz.

Virtual valyuta dəyişmə məntəqəsində də proses eyni şəkildə baş verir. Statistikaya və şərhlərə baxdınız və gördünüz ki dollar düşür. Qiyməti uyğun gördünüz, bir az dollar alıb yüksəlməyini gözlədiniz. Deyək ki, bu an valyuta bazarına təsir edəcək çox mühüm bir hadisə baş verdi. Sizin 1.78dən aldığınız dollar, 1.58 səviyyəsinə endiyi zaman, dollar manat qarşılığında 0.20 cent dəyər itirdi deməkdir. Amma eyni vaxtda dollar yapon yeni qarşısında dəyər qazanıb ya da İsveçrə frankı qarşısında eyni qalmış ola bilərdi.

Yəni bir pul dəyər qazandı və ya itirdi dediyimiz zaman bu sualı verməliyik. “Hansı pul qarşısında?” Bəli! Bu problemin cavabı məzənnədədir. Azərbaycanda “Dollar yaman düşdü ha” söhbətini etdiyimiz zaman bəhs etdiyimiz məzənnə amerikan dolları-Azərbaycan manatına aiddir. Təbiiki ölkəmizdəki bütün real valyuta dəyişdirmə məntəqələrində(hazırda bu funksiyanı banklar həyata keçirir) bir ucu manat olan valyutalarla əməliyyat edirlər. AZN-Avro, AZN-USD, AZN-Yen və s.

Ancaq foreksdə istənilən məzənnə ilə alış veriş edə bilərsiniz. Təbii ki söhbət foreksdə olan məzənnələrdən gedir.
Bəs foreksdə yalnız valyuta alış verişi olur? Xeyr! Həftənin 5 günü 24 saat əməliyyat apara biləcəyiniz Foreksdə Valyuta, Səhmlər, Əmtəə(qızıl, gümüş, platin, mis), Enerji (xam yanacaq, qızdırıcı yanacaq, təbii qaz və benzin), Heyvandarlıq
Kənd təsərrüfatı məhsulları ilə də rahat şəkildə əməliyyatlar aparmaq mümkündür.

Forex hesabı açmağın qaydasını Forex hesabı necə açılır adlı məqaləmizdən oxuya bilərsiniz.

forex kitab, форекс, invest azerbaijan, investaz azerbaijan, forex az, forex nedir, sözlərin mənası lüğəti, investaz net, investaz azerbaijan, invest.az valyuta, invest.az vakansiya, invest.az mezenne, investaz.az valyuta, azerbaycan investisiya sirketi, forex azərbaycanda, investaz haqqinda, forex haqqinda, foreks nedir, forex haqqinda melumat