Rusiyanın Flint Capital fondu İsrailin Voca.ai çağırış-mərkəzi üçün robotların hazırlanmasına 1,5 milyon dollar pul ayırıb.
American Express Ventures investisiya şirkəti raundun lideri olub. Layihəyə Flint Capital-dan başqa İsrailin Lool Ventures-i də sərmayə yatırıb.
Deyilənə görə, Flint Capital startapda minoritar paya malikdir. Dəyəri isə startap açıqlamır.
Voca.ai-nin məlumatında bildirilir ki, səhmlər çağırış mərkəzləri üçün ağıllı agentlərin (səsli köməkçilər) tərtib edilməsini və yeni sahələr üçün texnologiyanın qəbul edilməsini sürətləndirməyə imkan verəcək.
Şirkət məlumat verir ki, Voca köməkçiləri özlərinin cavab, intonasiya, aksent və dil tərkiblərini hər müştəriyə görə uyğunlaşdırırlar. Bugün Voca agentləri hər ay 2 milyondan çox zəngə cavab verirlər.
Qeyd edək ki, Flint Capital və Lool Ventures 2018-ci ildə Voca.ai-yə ümumilikdə 2,6 mln dollar yatırım edib. Bu məbləğdən rus fonduna 500 min dollar düşür.