Əsas səhifə Biznes sahələri Texnologiya Facebookda istifadəçilərin sayı 2 milyarda yaxınlaşır

Facebookda istifadəçilərin sayı 2 milyarda yaxınlaşır

954
Paylaş

Facebook böyüməyə davam edir və bu il ərzində 2 milyard istifadəçi sayına çatmağı hədəfləyir. Şirkət 2016-cı ilin son rübündə və bütün bir il içindəki qazancını da açıqlayıb.

2015-ci ilin son rübü ilə müqayisədə gəlirin 51 faiz artaraq 8.81 milyard dollara çatdığını bildirən Facebook bu rəqəmin 8.6 milyard dollarını reklamlardan əldə etdiyini də açıqladı.

Facebook idarəçiləri gəlirləri əsasən yeni texnologiyalara sərmayə kimi yatırdıqlarını söyləyirlər.

Facebookun istifadəçi sayı isə getdikcə artmağa davam edir. Hər ay bir qədər də irəliyəyən facebook 31 dekabr 2016-cı il tarixində aylıq aktiv istifadəçi sayının 1.86 milyard olduğunu açıqlamışdı.

Facebookun Amerika və Kanadada 231 milyonluq ən böyük istifadəçi sayı isə şirkətə ən böyük gəliri təmin edən seqment olaraq gözə dəyir.

Nəzərinizə çatdıraq ki facebookda azərbaycanlı istifadəçilərin sayı 2 milyona yaxındır.