Əsas səhifə Biznes Hindistanda 20 milyon insanın vergisi 50 faiz azaldılacaq

Hindistanda 20 milyon insanın vergisi 50 faiz azaldılacaq

856
Paylaş

Hindistanda vergi siyasətində islahatlar davam edir. İllik gəliri 250 min ilə 500 min rupi olan hər kəsin ödəyəciyi vergi 50 faiz azaldılacaq.

250 min rupidən az qazanan əhalinin vergi ödəmədiyi ölkədə 1.3 milyardlıq əhalinin yalnız 2 faizi vergi ödəyir.

70 faizdən çox insanın yoxsul olduğu ölkədə hökumət vergidən yayınmanın da önünə keçmək üçün bu addımı atacaqlarını açıqlayıb.

Hindistanda qazandığınız gəlirin az qala 30 faizi dövlətə vergi olaraq ödənilir.

Gəlir uçurumuna son vermək üçün hər kəsə maaş

Hindistan yaxın günlərdə “vətəndaşlıq maaşı” kimi bilinən şərtsiz şəkildə hər kəsə veriləcək maaş planının da detallarını açıqlamışdı. Hal-hazırda test olaraq ölkənin müxtəlif yerlərində tətbiq olunan bu siyasətin necə bir nəticə verəcəyi də maraqla gözlənilir.