Stenford universitetinin alimləri maraqlı araşdırma aparıblar. “Facebook”la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır
Araşdırma 2844 amerikalı arasında keçirilib. Belə ki, həmin şəxslərdən “Facebook”dakı profillərini silmələri xahiş edilib. Araşdırma nəticəsində məlum olub ki, insanlar sosial şəbəkələrsiz özlərini daha xoşbəxt hiss edirlər. Çünki bu insanlar dünyada baş verən hadisələrdən və siyasətdən uzaq olurlar.
Sosial şəbəkələr insanların bir-biri ilə daha asan münasibət qurmasına səbəb olur. Eyni zamanda, bütün xəbərlərdən daha tez məlumat əldə etməyə kömək edir. Xüsusilə smartfonların yaradılması sosial şəbəkələrdən istifadəni daha da asanlaşdırıb. Nəticədə insanlar sosial şəbəkələrdə daha çox vaxt keçirir.
Qeyd edək ki, bundan əvvəl 143 nəfər arasında aparılan araşdırma zamanı da məlum olmuşdu ki, “Facebook”dan uzaqlaşmaq insanın əhvalının daha da yaxşılaşmasına səbəb olurmuş.