Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Amazon bazar kapitallaşmasının $43 milyardını itirib

Amazon bazar kapitallaşmasının $43 milyardını itirib

45

Amazon şirkəti cümə günü keçirilmiş hərraclarda bazar kapitallaşmasının $43 milyardını itirib.

Bizplusun NASDAQ birjasına istinadən verdiyi məlumatına görə, cümə axşamı günü şirkətin kapitallaşması 840,405 milyard dollar təşkil edib. Cümə günü isə hərracların nəticəsinə uyğun olaraq, riteylerin kapitallaşması 5% azalaraq 797,232 milyard dollara düşüb.

Bir qədər əvvəl, cümə günü Amazon 2018-ci ilin hesabatını nəşr etmişdir. Belə ki, şirkət, illik gəlirinin 10-18% (56-60 milyard dollar) qədər artmasını gözləyir.

Şirkətin mənfəəti 3,3 dəfə artaraq, 10,073 milyard dollara çatmışdır. 2017-ci ildə Amazon səhmlərinin qiyməti 6,15 dollar təşkil edib, hal-hazırda isə bu göstərici 20,14 dollara çatıb.  Mənfəət 30,9% artaraq, 232,887 milyard dollara çatmışdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here