“Facebook” şirkətinin rəhbəri Mark Zuckerberq Kanadanın parlament komitəsinin iclasında iştirakdan imtina edib.
Bu haqda CNN nəşri yazıb.
Telekanalın sözlərinə görə, Mark məlumatların saxlanılması təhlükəsizliyi və gizlilik ilə bağlı sualla cavab vermək üçün iclasda iştirak etməyəcək.
Qeyd edilir ki, “Facebook”un rəhbərinin yerində, dinləmələrdə şirkətin Kanada bölməsinin rəhbəri Kevi Çan iştirak edəcək. Bu halda Kanada Zuckerberqin bu imtinasını onun parlamentə olan hörmətsizliyi kimi qiymətləndirə bilər, – deyə nəşr yazır.
Daha öncə Zuckerberq etirazlar ilə bağlı suallara cavab vermişdi.