“Facebook” on minlərlə proqramı bloklayıb

Date:

Paylaş:

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” məlumat itkisi ilə bağlı qalmaqaldan sonra on minlərlə proqramı bloklayıb.

Son ildə “Facebook” dəfələrlə istifadəçi məlumatlarının itkisi ilə bağlı qalmaqalların mərkəzində olub. Məsələn, Britaniyanın “Cambridge Analytica” analitik şirkəti “Facebook”un 87 milyondan çox istifadəçisinin məlumatını qanunsuz toplayıb. Şirkət bu informasiyadan seçicilərin siyasi maraqlarının öyrənilməsi məqsədilə istifadə edərək onlara müvafiq reklam nümayiş etdirib.

Bu hadisə ilə əlaqədar olaraq “Facebook” şirkəti 400 tərtibatçının on minlərlə proqramını bloklayıb. Şirkət istifadəçilərin fərdi informasiyasına girişə malik olan sosial şəbəkəyə yüklənmiş təxminən 1 milyon proqramı yoxlayıb. Bundan başqa, “Facebook” administrasiyası istifadəçilərin müraciətini də nəzərə alır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...