Instagram’a Dark Mode rejimi gəldi

Date:

Paylaş:

Google şirkəti öz servislərinə artıq Dark Mode rejimini əlavə edib. İndi isə kənar tərtibatçılar öz tətbiqlərinə bu rejimi əlavə etməyə başlayıblar. Belə ki, Instagram fotoservisinin tərtibatçıları Android istifadəçiləri üçün fotoservisin 114.0.0.0.24 versiyasını anons ediblər. Həmin versiya isə qara və boz elementlərdən ibarət qara interfeysə sahibdir. Bu barədə XDA-Developers saytı xəbər verib. Həmin interfeys öz növbəsində AMOLED ekranlı smartfonlar üçün optimizasiya edilib.

    Bu cür interfeys AMOLED ekrana sahib smartfonların batareyalarındakı enerji sərfiyyatına qənaət edəcək. Bununla yanaşı Dark Mode rejiminə sahib tətbiqdən axşam vaxtları rahat şəkildə istifadə etmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, bu yeni interfeys hələ ki, One UI interfeysinə sahib Samsung smartfonlarında və Android 10 əməliyyat sistemində çalışır. Digər smartfonların Dark Mode rejmini nə zaman əldə edəcəkləri barəsində bir məlumat yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...