Facebook “Beat Games” studiyasını alması barədə bildirib. Studiya Beat Saber oyunları tərtibatçısıdır. Şirkətlər əməliyyatın məbləğini açıqlamayıblar.
Beat Games Oculus Studio bölməsinə qoşulacaq, amma yaradıcı azadlığını və Praqadakı baş ofisini qoruyub saxlayacaq.
Studiya Beat Saber-i bütün platformalarda dəstəkləməkdə davam edəcək – oyun Steam, Oculus, Playstation və Humble Bundle mağazalarında keçərlidir.