“Facebook” sosial şəbəkəsinin rəhbərliyi il yarım ərzində 3 milyard feyk hesabın silindiyi ilə bağlı hesabat yayıb.
Bu haqda kompaniya öz rəsmi bloqu üzərindən bildirib.
Şirkətin nümayəndələrinin sözlərinə görə, 2018-ci ilin son rübündə 1,2 milyard şübhəli bilinən hesablar silinib. Cari ilin 3 ayı ərzində isə 2,19 milyard belə səhifə sosial şəbəkədən uzaqlaşdırılıb. Bu isə ona görə olub ki, həmin səhifələr spam və yanlış məlumatlar paylaşıblar.
“Facebook”dan əmin ediblər ki, belə hesabların əksəriyyəti qeydiyyatdan dərhal sonra, istifadəçilərin çoxunun görməməsindən öncə silinib.
Daha əvvəl isə bildirilmişdi ki, “Facebook” Rusiya ilə bağlı hesabları silib.