“Google” Manhettendə 600 milyon dollara bina alıb.1996-cı ildə o, 100 dəfə daha ucuz olub

Date:

Paylaş:

“Google” Manhettendə tarixi bir binanı alıb. Şirkət qarşıdakı illərdə Nyu-Yorkda öz ştatını iki dəfə artırmağı düşünür.

Bloomberg xəbər verir ki, “Google”, Jamestown şirkətinin, Çelsi bölgəsindəki yarlmadanın qərb hissəsində yerləşən Milk Building tikilisini alacaq. Bina səkkiz mərtəbəlidir və ümumi ərazisi 30 000 kv. km.-dir. “Google” yalnız üç mərtəbəni məşğul edəcək, digərləri arendaçılara qalacaq.Bina keçmş bazarın qonşu binası ilə körpü vasitəsilə birləşir və həmin binanı “Google” eyni satıcıdan keçən il 2,4 milyard dollara alıb.

“ Milk Building-i almağımız bizə Çelsidə inkişaf etməmizə kömək edəcək, biz buranı artıq on ildən çoxdur ki öz evimiz adlandırırıq və qarşıdakı on il ərzində Nyu-Yorkda fəaliyyətimizi iki qat artırmağı planlayırıq”, – deyə “Google”-un rəsmi nümayəndəsi William Floyd bildirib.

Hazırda şirkətin Nyu-Yorkda 8000-dən çox əməkdaşı var, Bloomberg yazır. Milk Building və Çelsi bazarı “Google”-un Nyu-Yorkda son zamanlarda əldə etdiyi yeganə binalar deyil. Keçən ilin dekabrında “Alphabet” baş şirkəti xəbər verib ki, Hudson-street-də iki binanın arendası ilə bağlı razılıq imzalayıb və həmçinin, Washington-street-də 158 000 kv. metr əraziyə malik yeni şəhərcik salmaq niyyətinin olduğunu da bildirib.

Bloomberg yazır ki, yeni əməliyyatın məbləği açıqlanmır.Financial Times-a görə, “Google” 600 milyon dollar ödəyəcək. Bu, həmin binaya görə 1996-cı ildəki alıcının verdiyindən yüz dəfə çoxdur. Binanı o vaxt elə həmin agent satıb və bununla hazırki əməliyyatı da bağlayıb. 23 il ərzində binanın sahibkarı beş dəfə dəyişib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...